Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Sevgi şairi” adlı şeir saatı keçirilib

28.12.2021

27.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında  Azərbaycanlı şair, publisist, aktyor, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nüsrət Kəsəmənlinin anadan olmasının 75 illiyi münasibətilə  “Sevgi şairi” adlı şeir saatı keçirildi..
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.
         Nüsrət Kəsəmənli 29 dekabr 1945 ci ildə Ağstafa rayonunda anadan olub.Uşaqlıq illəri çox ağır keçib.Hələ körpə olanda valideynləri ayrılıb. Nüsrət  ata nənəsinin himayəsində böyüyüb.Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitunun aktyorluq fakültəsinə qəbul olunub və bir neçə il orada təhsil alıb. Ordudan qayıtdıqdan sonra sənədlərini geri alıb  və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda  Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.
       Tədbirdə Gəncə şəhər Fizika Riyaziyyat İnfarmatika təmayüllü litseyin müəllim və şagirdləri iştirak edib.Litseyin şagirdi Tariyel Əhmədov Mənim “”O ağaca yazığım gəlir” şeirini, Məhəmməd Abdulov isə “Vətən alov etsin odunu sənin” şeirlərini söylədilər. Müəllim Şəfa Həsənova şairin “Biri vardı, biri yox” şeirini səsləndirdi.

 

185.7 KB